Türkiyənin Ərzurum şəhərində qışa hazırlıq məqsədilə 1000 qəbir qazılaraq hazır vəziyyətə gətirilib.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, buna səbəb qışda torpağın donaraq qazılmaz hala gəlməsidir.

Bildirilib ki, işlər Ərzurum Böyükşəhər Bələdiyyəsi Qəbiristanlıqlar Müdirliyi tərəfindən şəhər mərkəzində yerləşən Əsri və Əbdürrəhman Qazi qəbiristanlıqlarında aparılıb.

Bölgədə təxminən 10 ildir ki, məzarlar yaz aylarından qazılaraq hazır vəziyyətə gətirilir.