Qəzza Səhiyyə Nazirliyi Qəzza zolağının şimalında yerləşən İndoneziya Xəstəxanasının İsrail ordusu tərəfindən "şiddətli bombardmana" məruz qaldığını, 200 yaralının və tibb işçilərinin həyatı üçün qorxunun olduğunu bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra yazılı açıqlama verib. Bildirib ki, hazırda Qəzza zolağında İndoneziya xəstəxanası güclü bombardman altındadır, elektrik generatorları və binaların böyük bir hissəsi təsirlənib.
İsrail ordusunun axşam saatlarında İndoneziya xəstəxanasının əsas generatorunu vurduğu və bütün şöbələrdə elektrik enerjisinin kəsildiyi bildirilib.
Əfsanə
Manşet.az