İsraillə HƏMAS arasında razılaşdırılan əsirlərin dəyişdirilməsi baş tutub.
Manset.az Haberler-ə istinadən xəbər verir ki, HƏMAS söz verdiyi 13 israillini azad edərək Qırmızı Xaça təhvil verib. Bunun müqabilində İsrail də 24-ü qadın, 15-i uşaq olmaqla 39 fələstinlini əsirlikdən azad edib.
İki tərəf arasındakı anlaşmaya görə bu gün səhər saatlarında 4 günlük atəşkəs başlayıb.
Daha sonra axşam saatlarında tərəflər arasında əsir mübadiləsi başlayıb. HƏMAS ilk olaraq 7 oktyabrda əsir aldığı 12 taylandlı işni azad edib.
Jalə
Manşet.az