Məşhur türk fenomen terror təşkilatına üzv imiş - SAXLANILDI

21:57 - 24 Noyabr 2023

Məşhur türk fenomen terror təşkilatına üzv imiş - SAXLANILDI

Türk polisi tərəfindən saxlanan sosial media fenomeni Rəşit Bozdağın PKK/KCK silahlı terror təşkilatına üzv olmaq cinayətinə görə axtarışda olduğu bilinib

 

Manset.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən Bozdağ qatıldığı evlilik proqramı ilə tanınan sevgilisi Melis Buse Betkayanla birlikdə Kiprə tətilə getmək üçün İstanbul Hava Limanına gedib. Polis buradakı şəxsiyyət yoxlama məntəqəsindən keçən Bozdağın məlumatlarını yoxlayaraq onun PKK/KCK silahlı terror təşkilatına üzv olmaq cinayətinə görə axtarışda olduğunu müəyyən edib. Hadisə ilə bağlı İstanbul Terrorla Mübarizə Şöbə Müdirliyinə məlumat verən qruplar şübhəlini polis bölməsinə aparıb.

Qeyd edək ki, fenomen tez-tez sosial mediada paylaşdığı pulları ilə gündəmə gəlir.

Jalə

Manşet.az


 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az