Qəzzanın şimalına 50 yük maşınından ibarət humanitar yardım çatdırıldı

20:31 - 25 Noyabr 2023

Qəzzanın şimalına 50 yük maşınından ibarət humanitar yardım çatdırıldı

Qəzza zolağının şimalına 50 yük maşınından ibarət humanitar yardım çatdırılıb.

 

Manset.az xəbər verir ki, bu barədə İsrail Ordusunun nümayəndəsi Aviçai Adrai “X” sosial şəbəkəsində bildirib.

Yük maşınları ərzaq, su və tibbi avadanlıqlarla yüklənib.

Bundan əvvəl İsrail ordusu Qəzza zolağı sakinlərinin anklavın cənubundan şimalına qayıtmasına icazə verməyəcəyini bildirmişdi, çünki bölgə müharibə zonası olaraq qalır.

Qeyd edək ki, İsrail və HƏMAS arasındakı müvəqqəti humanitar atəşkəsə əsasən, İsrail qaytarılan hər girov üçün üç fələstinli məhbusu azad etməlidir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az