Rusiya Ermənistana qadağa qoydu

20:56 - 25 Noyabr 2023

Rusiya Ermənistana qadağa qoydu

Rusiya Ermənistanın kənd təsərrüfatı məhsullarını daşıyan yük maşınlarının “Yuxarı Lars” keçid məntəqəsindən keçməsinə icazə vermir.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası yazıb.

Bildirilir ki, səbəb kimi fitosanitar standartların pozulması göstərilir.

Erməni ekspertlər isə bunun “siyasi” olduğunu iddia edirlər. Qeyd edilir ki, xeyli ixracatçı bu gün çətinliklə üzləşib, alma, çiyələk, balıq məhsulları, hətta it yemi geri qaytarılıb.

Qeyd edək ki, Yuxarı Lars yolunun hava şəraiti ilə əlaqədar yük maşınları üçün bağlandığı haqda məlumat yayılmışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az