HƏMAS israilli girovların azad edilməsini təxirə saldı

21:31 - 25 Noyabr 2023

HƏMAS israilli girovların azad edilməsini təxirə saldı

HƏMAS hərəkatının hərbi qanadı Əl-Qəssam Briqadaları İsrail tərəfi atəşkəs razılaşmasının şərtlərinə əməl edənə qədər ikinci qrup israilli girovların azad edilməsini təxirə salıb.

 

Manset.az xəbər verir ki, HƏMAS Siyasi Bürosunun rəhbərinin media üzrə müşaviri Taher əl-Nunu deyib ki, İsrail Qəzza zolağında atəşkəs razılaşmasını dəfələrlə pozub.

Onun sözlərinə görə, israillilər yük maşınlarının ölkəyə girişi ilə bağlı müqavilənin müddəalarına da əməl etmirlər..

Qeyd edək ki, noyabrın 24-də HƏMAS dördü yeniyetmə olmaqla 13 girovu İsrail tərəfinə təhvil verib. Təl-Əviv isə bunun əvəzində 39 fələstinlini - 24 qadını və 15 yeniyetməni azad edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az