HƏMAS və İsrail arasındakı məhbus mübadiləsi əsasən Qəzzadan azad edilən 40 israilli məhbus Təl-Əviv rəhbərliyi tərəfindən “mətbuatdan uzaq” xəstəxanalarda karantinə alınıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Qəzzanı tərk edən məhbusların heç biri nə İsrail, nə də beynəlxalq mətbuata açıqlama verməyib.
Təl-Əviv administrasiyası Qəzza zolağından azad edilən məhbusların xəstəxanaya köçürülməsi və ailələri ilə görüşü görüntülərini yalnız rəsmi kanalları vasitəsilə paylaşıb.
Keçən gün yayımlanan görüntülərdə HƏMAS tərəfindən buraxılan israilli məhbusların gülümsəyən üz ifadələri və təşəkkürləri diqqət çəkib.
Digər tərəfdən, məhbus mübadiləsi çərçivəsində İsrail tərəfindən həbsxanalardan azad edilən fələstinli qadın və uşaqlar dəmir barmaqlıqlar arxasında yaşadıqları “zülm, fiziki, psixoloji zorakılıq və təhqirləri” uzadılmış mikrofonlarla dünyaya bəyan etməyə çalışıblar.
Əfsanə
Manşet.az