Motosiklet yol kənarında dayanmış avtomobilə çırpıldı - Yaralı var

20:44 - 16 Dekabr 2025

Motosiklet yol kənarında dayanmış avtomobilə çırpıldı - Yaralı var

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Nizami küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini 2001-ci il təvəllüdlü Rəşad Abdullayev motosikleti ilə yol kənarında dayanmış “Hyundai” markalı minik maşınına çırpılıb.

Nəticədə motosikletin sürücüsü müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hadisə yerinə rayonun hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az