NATO-nun baş katibi Yens Stoltenberq İran hökumətinin rəsmilərinə bölgədə gərginliyin daha da artırılmasından çəkinməsi barədə xəbərdarlıq edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, NATO-nun baş katibi bunu dünən Brüsseldə keçirdiyi mətbuat konfransında İsrail və HƏMAS arasında müharibədə humanitar fasilənin uzadılmasının zəruriliyinə işarə edərkən deyib.
Yens Stoltenberq Amerikanın Suriya və İraqdakı mövqelərinə raket və dron hücumlarına, habelə İran hökumətinin proksi qüvvələrinin ticarət gəmilərinə hücumlarına toxunaraq, bu addımların eskalasiya riski yaratdığını vurğulayıb.
“İran öz proksi qüvvələrini cilovlamalıdır. Humanitar atəşkəsin uzadılmasını istərdim. Bu, Qəzzada insanlara daha çox yardımın gəlməsi, habelə daha çox girovların azad edilməsi üçün fürsət yaradacaq”, - deyə, NATO-nun baş katibi əlavə edib.
Əfsanə
Manşet.az