Adam Kadırov Rusiya Müdafiə Nazirliyinin batalyonunun kuratoru olub
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadrovun oğlu Adam Kadırov "Şeyx Mənsur" adına batalyona nəzarət edəcək.
Bu barədə Çeçenistan parlamentinin spikeri Maqomed Daudov teleqram kanalında yazıb. O bildirib ki, 16 yaşlı Kadırovun zəhməti, əzmkarlığı və üzərinə düşən vəzifələrin öhdəsindən gəlməyə kömək edəcək məsuliyyəti var.
Dövlət Dumasının Çeçenistandan olan deputatı Adam Delimxanov da öz növbəsində bildirib ki, o, kiçik Kadırovu batalyonun şəxsi heyətinə təqdim edib.