Mask X-i boykot edən şirkətləri təhqir etdi

15:23 - 30 Noyabr 2023

Mask X-i boykot edən şirkətləri təhqir etdi

Tesla, SpaceX və X/Twitter şirkətlərinin sahibi İlon Mask New York Times-ın DealBook Zirvəsində verdiyi müsahibədə X/Twitter platformasını boykot edən reklamçılara qarşı sərt mövqe nümayiş etdirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Mask reklamçılara qarşı açıq şəkildə “Əgər kimsə məni reklam vasitəsilə, pulla şantaj edəcəksə, s… g…” deyərək öz mövqeyini nümyiş etdirib.

Daha sonra Mask bu sözləri vurğulamaq üçün sözləri təkrar edib.

O, həmçinin, Disney sədri Bob İgerə, “Hey Bob, əgər sən tamaşaçıların arasındasansa, mən də belə hiss edirəm, reklam etmə” deyib. 

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az