Məşhur serialın treylerindəki bir söz ictimaiyyəti ayağa qaldırdı - Video dərhal yeniləndi

17:24 - 30 Noyabr 2023

Məşhur serialın treylerindəki bir söz ictimaiyyəti ayağa qaldırdı  - Video dərhal yeniləndi

Türkiyəli məşhur aktyor Özcan Deniz və Özgü Namalın baş rollarda çəkildiyi “Kızıl Qoncalar” serialının ilk treylerindəki "Ahılar çox mülayim görünür, amma hər şey gözlənilir" sözləri reaksiyaya səbəb olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, prodüser şirkəti tənqidlərdən sonra üzr istəyib və yeni treyler yayımlayıb.

Fragmanın əvvəlində Özcan Deniz "Mənim işlədiyim yerdə təriqət var idi, ahılar... Biri ilə yollarım kəsişdi. İllərlə insanların inanclarından istifadə etdilər. Qorxu yayaraq, ümid dağıdaraq” deyib.

Qarşısındakı isə “Ehtiyatlı ol, çox mülayim görünürlər, amma hər şey gözlənilir” dediyi bu hissə Kırşehirlilərin reaksiyasını çəkib.

Gold Film tənqidlərdən sonra "FOX-un yeni serialı “Kızıl Qoncalar"ın ilk treylerində istifadə edilən "Ahilər" sözünə görə ictimaiyyətdən və Kırşehir xalqından üzr istəyirik" deyib və treylerdəki "Ahilər" sözü qaldırılaraq yenidən yayımlanıb.

Qeyd edək ki, Ahilik, Hacı Bektaş-ı Vəlinin məsləhəti ilə Ahi Evranın qurduğu esnaf həmrəyliyi təşkilatıdır.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az