Muğla sahillərində boğulmaqda olan 28 miqrant qurtarılıb

18:35 - 30 Noyabr 2023

Muğla sahillərində boğulmaqda olan 28 miqrant qurtarılıb

Muğla sahillərində boğulmaqda olan miqrantlar qurtarlılıb.

 

Manset.az TRT Haber-ə istinadla xəbər verir ki, Muğlanın Datça rayonu sahillərində yunan ünsürləri tərəfindən Türkiyə ərazi sularına sıxışdırılan rezin qayıqdan 28 qeyri-qanuni mühacir xilas edilib.

Sahil Mühafizə Komandanlığının açıqlamasına görə, Datça sahillərində rezin qayıqda qeyri-qanuni mühacirlərin olması xəbəri üzərinə bölgəyə qrup göndərilib.

Yunan ünsürləri tərəfindən Türkiyə ərazi sularına sıxışdırılan rezin qayıqda olan 28 qeyri-qanuni mühacir sahilə çıxarılıb.

Qeyri-qanuni immiqrantlar əməliyyatlarından sonra İl İmmiqrasiya İdarəsi Müdirliyinə təhvil verilib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az