70 yaşlı qadın əkiz uşaq dünyaya gətirdi - FOTO

19:39 - 30 Noyabr 2023

70 yaşlı qadın əkiz uşaq dünyaya gətirdi - FOTO

Uqandada 70 yaşlı qadın Süni mayalanma müalicəsi ilə əkiz uşaq dünyaya gətirib.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Uqandanın paytaxtı Kampaladakı Beynəlxalq Doğum və Ginekologiya Xəstəxanası sosial media hesabından verdiyi açıqlamada 70 yaşlı Safina Namukşayanın biri oğlan, biri qız olmaqla əkiz uşaq dünyaya gətirdiyini açıqlayıb.

Açıqlamada, doğumun təkcə tibbi bir uğur olmadığı, həm də "insan təbiətinin gücünü və möhkəmliyini ortaya qoyduğu" deyilib.

Həmçinin bildirilir ki, Afrikanın "ən yaşlı doğum edən qadın" olduğu təxmin edilən Namukwayanın bir müddətdir süni mayalanma müalicəsi aldığı və qadının ilk dəfə ana olduğu bildirilib.

Qeyd edilib ki, Namukwaya illərdir ana ola bilmədiyi üçün ətrafdakılar tərəfindən sonsuz olduğunu eşidib.

Ana Namukwaya və körpələrinin səhhətinin yaxşı olduğu bildirilib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az