HƏMAS daha iki qadını sərbəst buraxdı

20:58 - 30 Noyabr 2023

HƏMAS daha iki qadını sərbəst buraxdı

HƏMAS qruplaşması daha iki girovu Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşlarına təhvil verib.

 

Manset.az xəbər verir ki, bu İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Girovlar İsrailin “Hatzerim” aviabazasına göndəriləcək. Məlumata görə, HƏMAS yaxın bir neçə saat ərzində daha çox məhbusu Qırmızı Xaç Cəmiyyətinə təhvil verəcək.

"The Times of Israel" nəşri yazıb ki, sərbəst buraxılan iki nəfər 21 yaşlı Mia Şem və 40 yaşlı Amit Susana olub. Mia Şemin atasının sözlərinə görə, qızın Fransa vətəndaşlığı var. Nəşr qeyd edir ki, girovlara aviabazada ilkin tibbi yardım göstəriləcək, bundan sonra onlar İsrailin tibb müəssisələrinə aparılacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az