Xanımı Zelenskinin yenidən prezident seçilməsini istəmir

08:05 - 02 Dekabr 2023

Xanımı Zelenskinin yenidən prezident seçilməsini istəmir

Ukrayna prezidenti Volodimir Zelenskinin xanımı Yelena Zelenskaya həyat yoldaşının yenidən prezident seçilməsini istəmir.

 

Manset.az xəbər verir ki, bu barədə o, "The Economist” jurnalına müsahibəsində bildirib.

“Mən onun növbəti və ya ikinci müddətə prezident olmasını istəmirəm. Bu mümkün deyil. Ola bilsin ki, başqa bir şey edək”, – xanım Zelenskaya Ukraynada hərbi əməliyyatlar başa çatdıqdan sonra ailə planlarını müzakirə edərkən deyib.

Birinci xanımın sözlərinə görə, hərbi qarşıdurma bitdikdən sonra əri onunla və uşaqlarla bir araya gələcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv