Fransanın paytaxtı Parisdə bıçaq və çəkiclə hücum nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Eyfel qülləsi yaxınlığında turistlərə hücum edən 26 yaşlı şübhəli saxlanılıb. Hücum edənin fransız olduğu bildirilib. Daxili işlər naziri Gerald Darman şübhəlinin 2016-cı ildə növbəti hücumu planlaşdırdığına görə 4 il həbs cəzasına məhkum edildiyini və polisin “izləmə siyahısı”nda olduğunu bildirib.
Əfsanə
Manşet.az