"Fələstinlilərdən oğurladığımız torpaqda necə yaşayacağıq?" - Yəhudi professor

14:05 - 04 Dekabr 2023

\"Fələstinlilərdən oğurladığımız torpaqda necə yaşayacağıq?\" - Yəhudi professor

Holokostdan sağ çıxan yəhudi professor Qabor Matenin britaniyalı aparıcı Pirs Morqanın “Senzurasız” verilişindəki çıxışı gündəm olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Mate proqramda Benyamin Netanyahu administrasiyasının tez-tez təkrar etdiyi “İsrailin özünü müdafiə etmək hüququ var” ifadəsini müzakirə edib.  

Mate İsrailin özünü müdafiə etmək hüququ varsa, fələstinlilərin də haqqı olduğunu söyləyib.  Professor Fələstində İordan çayının qərb sahilində gördüklərindən danışıb:

“İsrailin özünü müdafiə etmək hüququ var. Bəli, İsrailin özünü müdafiə etmək hüququ var, amma İsrailin insanların dövlətini işğal etmək hüququ yoxdur. Baxın, 1956-cı ildə 13 yaşım olanda Macarıstanın Mitzva şəhərində işləyirdim. Sovet işğalına qarşı inqilab oldu. Bu inqilabdan sonra biz qaçqın olduq və Kanadaya getməli olduq. Burada Rusiyanın özünü müdafiə etmək hüququ olduğunu deyə bilərikmi? Biz bunu demirik, bu insanların da işğala qarşı özünü müdafiə etmək hüququ var. Oktyabrın 7-də baş verən pis hadisələrə haqq qazandırmıram. Mən deyirəm ki, bu, tarixi perspektivdə səhvdir. İnsanlar buna elə baxırlar ki, guya İsrail yalnız özünü müdafiə edir, bəs kimə qarşı? Minlərlə əhalisi qırılan əhaliyə qarşı. Bu tarix 80 ildir ki, onların torpaqlarını alır, evlərini viran edir, övladlarını həbs edir, işgəncələr verir. Baxın, bir ölkənin özünü müdafiə etmək hüququ kimi görünə bilər, amma kimə qarşı? 80 ildir işğalda və köçkünlükdə olan insanlara qarşı. İsrail tarixçilərinin bizə göstərmədiyi tarix budur. İstəmirəm belə olsun, kaş düz olmayaydı, kaş yəhudi yuxusunda yaşayaydım, bu yuxunu çox sevirdim. Bunun fələstinlilərə nəyə başa gəldiyini görənə qədər. Mən 3 dəfə işğal olunmuş ərazilərdə olmuşam. İlk dəfə qayıdanda 2 həftə hər gün ağlayırdım. Bu davam edə bilməz. Rəqəmlər gəldikcə, ölüm sayları gəldikcə sizdən soruşuram, fələstinlilərdən oğurladığımız torpaqlara gedib necə yaşayacağıq?”.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az