Yeni ana olan türkiyəli məşhur aktrisa Ezgi Mola kiçik oğlunun həkim nəzarətində çəkdirdiyi ilk fotosunu sosial media hesabında paylaşıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 40 yaşlı aktrisanın 6,3 milyon izləyicisi olan İnstaqram səhifəsinin hekayələr bölməsində paylaşdığı şəklə izləyicilər tərəfindən qısa müddətdə şərhlər və bəyənmələr gəlib.
Körpəsini həkim müayinəsinə gətirən aktrisa "Əziz həkimimiz. Nəhayət o gün gəldi? Check-up günü..." – deyə qısa not yazıb.
Qeyd edək ki, aktrisa Ezgi Mola 4 ildir birlikdə olduğu menecer Mustafa Aksakallı ilə mayın 8-də ailə qurmuşdu. Sürpriz toydan qısa müddət sonra hamilə olduğunu açıqlayan Mola "Cinsiyyət bizim üçün o qədər də önəmli deyil. Sağlam gəlsin yetər. Allaha şükür hər şey yaxşı gedir” demişdi.

Əfsanə
Manşet.az