"Kraliçanın bacısının əri ilə münasibəti var idi" - FOTO

19:40 - 06 Dekabr 2023

\"Kraliçanın bacısının əri ilə münasibəti var idi\" - FOTO

İspaniya kral ailəsi yeni qalmaqalla üzləşib.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya kraliçası Letiziyanın bacısının keçmiş əri Ceymi Del Burqo qeyri-qanuni eşq yaşadığı iddiasını gündəmə gətgəlib.

Del Burqo, jurnalist Jaime Peafiel tərəfindən qələmə aldığı "Letizia və Mən" kitabında İspaniya kraliçası Letizia ilə subay olarkən münasibəti olduğunu və evlilikdən sonra da əlaqənin davam etdiyini bildirib.

2014-2016-cı illərdə Kraliçanın bacısı Telma ilə evli olan Del Burqo Kraliça ilə 2000-ci ildə tanış olduğunu və münasibətlərinin Kraliçanın Kralla görüşməsindən illər əvvəl başladığını iddia edib.

Kitabda Del Burqonun 2002-ci ildə kraliçaya evlilik təklifi etdiyini düşündüyü qeyd edilmiş və Del Burqo ilə Letiziyanın münasibətlərinin 2011-ci ildə bitdiyi iddia edilmişdi.

Kraliça ilə əlaqəsinin sübutu olaraq Del Burqo, Kraliçanın sosial media hesabında ona göndərdiyini iddia etdiyi bir fotoşəkil göstərib.

Del Burqo Letiziyanın qara şalla bükülmüş fotosunu paylaşaraq, şalını Kraliçaya hədiyyə etdiyini iddia edib. İddiada Letiziyanın da ona mesaj yazdığını bildirən Del Burqo, “Sevgilim. Özümü sənin şalına bürümüşdüm. Bu mənə sən mənim yanımda olduğunu hiss etdirir. Məni qoruyur. Bir-birimizi yenidən görənə qədər saatları sayıram." Həmçinin o,  "Səni sevirəm" yazıb. 

Paylaşımından sonra sosial media istifadəçilərinin suallarına məruz qalan Del Burqo daha çox mesajların olduğunu bildirib.Kral Felipe ilə evlənmədən əvvəl televiziya müxbiri olan Kraliça Elizabet peşəsini tərk edib.

Jalə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv