Sakit okeanın Vanuatu sahillərində 7,1 bal gücündə zəlzələ baş verib.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Məlumatda bildirilir ki, zəlzələ Sakit Okeandakı Vanuatunun Tanna adasında Isangeldən 123 kilometr cənubda baş verib.
Təxminən 49 kilometr dərinlikdə baş verən zəlzələdə can və mal itkisi ilə bağlı hələlik açıqlama verilməyib.
Qeyd edək ki, zəlzələdən sonra sunami xəbərdarlığı edilib.
Jalə
Manşet.az