Təxminən 150 milyon il əvvəl yaşadığı güman edilən nəhəng dəniz canavarının kəlləsi İngiltərənin Dorset şəhərinin Yura sahillərində tapılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 130 uzun və ülgüc iti dişinin olduğu bildirilən iki metrlik kəllə fosilinin “Pliozavr” olaraq bilinən dəniz sürünəninə aid olduğu ifadə edilib.
Okean yırtıcısı kimi tanınan “Pliozavr” okeanda çox sürətlə hərəkət edən və ovunu bir dişləmə ilə öldürə bilən canavar kimi tanınır.
Bristol Universitetindən paleobioloq Andre Rounun sözlərinə görə, “Heyvan o qədər böyük idi ki, öz ərazisində hər şeyi ovlaya biləcəyini düşünürəm. Mən onun sualtı T-Rexə bənzədiyinə şübhə etmirəm."
Əfsanə
Manşet.az