ABŞ-ın Las-Veqas şəhərində 17 yaşlı tələbə Conatan Martinez-Qarsia dərsdə müəlliminə hücum edib zorlamağa cəhd etdiyi üçün 20 il həbs cəzasına məhkum edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Qarsia müəlliminə qiymətləri haqqında danışmaq bəhanəsi ilə sinif otağına aparıb.
Daha sonra huşunu itirənə qədər döyüb. Əsəbiləşən şagird özünə gələn müəllimini qışqıracağı təqdirdə boğazını kəsəcəyi ilə hədələyib.
Hücumun görüntülərində Qarsiyanın hücumdan bir saat yarım sonra məktəbi tərk etdiyi görünür. Keçən həftə məhkəmə prosesində Qarsianın məhkəmədəki rahat davranışı və daim gülümsəməsi diqqət çəkib.
Hücum, zorlama, adam öldürmə cəhdi ittiham olunan Qarsiya üçün 22 ildən 55 ilədək həbs istənilib, lakin məhkəmə Qarsiyanı 16 il həbs cəzasına məhkum edib.
Əfsanə
Manşet.az