Sosial şəbəkələrdə bu görüntüdən danışılır... - Böyrəklərindən 300 daş çıxarıldı

16:38 - 11 Dekabr 2023

Sosial şəbəkələrdə bu görüntüdən danışılır... - Böyrəklərindən 300 daş çıxarıldı

Tayvanın Tainan şəhərində bel ağrısı şikayəti ilə xəstəxanaya müraciət edən 20 yaşlı Xiao Yu-nun böyrəklərindən 300-dən çox böyrək daşı çıxarılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Yu təcili cərrahiyyə əməliyyatına alınıb.

Uğurlu əməliyyatdan sonra Yu-nun böyrəklərindən 0,5-2 sm ölçüdə 300-dən çox böyrək daşı çıxarılıb.

Əməliyyatın aparıldığı Chi Mei Xəstəxanasından verilən açıqlamada Yu-nun su içməyi sevmədiyi, yalnız şəkərli içkilər və çay qəbul etdiyi bildirilib.

Chi Mei Xəstəxanasının həkimləri Xiao Yu-nun yemək vərdişlərinin pis olduğunu vurğulayıb.

Digər tərəfdən, Chi Mei Xəstəxanasının Uroloqu Lin Tsai-yang qeyd edib ki, Tayvanda kişilərin yüzdə 14,9-u və qadınların yüzdə 4,3-ü böyrək daşı inkişaf etdirmə ehtimalı var.

Əfsanə

Manşet.az

 

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az