Züqanov 15 dərəcə şaxtada papaqsız danışan Putinin səhhətindən narahatdır - "Qamçılamaq lazımdır"

21:47 - 16 Dekabr 2023

Züqanov 15 dərəcə şaxtada papaqsız danışan Putinin səhhətindən narahatdır - \"Qamçılamaq lazımdır\"

Rusiya Federasiyası Kommunist Partiyasının lideri Gennadi Züqanov Rusiya prezidenti Vladimir Putinin Severodvinskdə soyuqda papaqsız danışmasına icazə verənləri qamçılamaq lazım olduğunu bildirib.

 

Manset.az Publika.az-a istinadən xəbər verir ki, Dövlət Dumasında fraksiya liderlərinin görüşü zamanı Putin Severodvinska səfərindən bəhs edib.

Öz növbəsində Züqanov Rusiya liderinin səhhətindən narahat olduğunu bildirib və onun diqqətini çıxışı zamanı baş geyimində olmamasına yönəldib.

"Bağışlayın, sizi papaqsız buraxanı qamçılayardım. Sadəcə mənfi 15 dərəcə", - Züqanov deyib.

Putin isə cavab olaraq bildirib ki, bu iradları şəxsən özünə qəbul edir. "Qamçılamaq - bu bizim üçün asandır, biz bunu edə bilərik", - deyə prezident zarafat edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az