ABŞ-nin Suriyadakı bazaları raket atəşinə tutuldu

22:32 - 16 Dekabr 2023

ABŞ-nin Suriyadakı bazaları raket atəşinə tutuldu

Suriya ərazisində yerləşən ABŞ-nin iki hərbi bazası raket atəşinə tutulub.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Əz-Zəxriyə hava limanı yaxınlığındakı Amerika bazasına hücum daha şiddətli olub. Nəşrdə qeyd edildiyi kimi, hava limanı ölkənin şimal-şərqindəki Əl-Həsəkə şəhərində yerləşir.

Agentliyin məlumatına görə, raketlərin əksəriyyəti birbaşa ABŞ bazasının ərazisinə düşüb. Lakin hədəfə çatan mərmilərin dəqiq sayı göstərilmir.

Hadisə ilə bağlı digər təfərrüatlar hələlik açıqlanmır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az