Türkiyədə il ərzində bu qədər terrorçu zərərsizləşdirildi

22:48 - 16 Dekabr 2023

Türkiyədə il ərzində bu qədər terrorçu zərərsizləşdirildi

2023-cü ilin 11 ayında 1069 terrorçu zərərsizləşdirilib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya deyib.

Onun sözlərinə görə, zərərsizləşdirilənlərdən ümumilikdə 59-u yüksək səviyyəli terrorçu, 7-si qırmızı, 1-i mavi, 2-si yaşıl, 16-sı narıncı, 33-ü isə boz kateqoriyası üzrədir:

“Ölkəmizdə həyata keçirilməsi planlaşdırılan 145 terror aktının qarşısı alınıb. Terrorçuluğun maliyyələşdirilməsinə yönəlmiş 189 əməliyyat zamanı 1133 şübhəli şəxs saxlanılıb. Onlardan 163-ü həbs edilib, 28 milyon lirədən çox pul ələ keçirilib”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az