PKK/YPG terror təşkilatının daha bir məsul şəxsi zərərsizləşdirilib

18:38 - 17 Dekabr 2023

PKK/YPG terror təşkilatının daha bir məsul şəxsi zərərsizləşdirilib

PKK/YPG terror təşkilatının daha bir məsul şəxsinin zərərsizləşdirildiyi məlum olub.

 

Manset.az  APA-ya  istinadən xəbər verir ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatının dekabrın 5-də Türkiyə sərhədindən 230 km məsafədə, Suriyanın Deyrizor şəhərində həyata keçirdiyi əməliyyat nəticəsində “Roni Velat” kod adlı Şirvan Hasanı öldürülüb.

Şirvan Hasanı 2012-ci ildə Trabzonda Jandarma Komandanlığına partlayıcı qurğu ilə həyata keçirilən və 3 əsgərin yaralanmasına yol açan terror aktında iştirak edib. O, 2023-cü ildən Deyrizorda PKK/YPG-nin məsul şəxsi olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az