Instagram-a süni intellektin dəstəklədiyi yeni funksiya gəldi - TƏFƏRRÜATLAR

13:08 - 18 Dekabr 2023

Instagram-a süni intellektin dəstəklədiyi yeni funksiya gəldi - TƏFƏRRÜATLAR

İnstaqrama gələn yeni funksiya, paylaşımlarında fotonun arxa fonunu silmək istəyənlər üçün üçüncü tətbiqə ehtiyacı aradan qaldıracaq.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, süni intellekt tərəfindən dəstəklənən yeni funksiya ilə fotoşəkillərdə arxa fonu silmək və dəyişdirmək daha asan olacaq.

Beləki, istifadəçilər arxa fon redaktoru simvoluna toxunduqda qarşılarına müxtəlif operativ təkliflər çıxacaq.

Hazır təkliflər ya da istifadəçinin öz göstərişlərinə uyğun olaraq arxa fon silinəcək və yenisi ilə əvəz olunacaq.

Yeni yaradılmış arxa fonda hekayə paylaşıldıqda, digər istifadəçilərə bu funksiyanı cəld sınaqdan keçirməyə imkan verən stiker göstəriləcək.

Instagramın yeni funksiyası yeni funksiya ilə bağlı bütün təfərrüatlar buradadır:

Instagramı açın.

Hekayə paylaşma ekranına keçin.

Üst tərəfdəki fon dəyişdirmə simvoluna toxunun.

Şəklin arxa fonu şəffaf hala gələcək. 

Fonu dəyişdirmək üçün bir təklif daxil edin.

Yeni fon şəklini paylaşın.

Qeyd edək ki, İnstaqramın süni intellektlə işləyən arxa fon redaktorunun hazırda yalnız ABŞ-dakı istifadəçilər üçün əlçatan olduğu bildirilir.

Əfsanə

Manşet.az

 

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az