Rusiya Prezidenti Vladimir Putin yaxın vaxtlarda MDB dövlət başçıları ilə Ali Avrasiya İqtisadi Şurasının iclasında və qeyri-rəsmi sammitdə görüşəcək.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya lideri MDB Hökumət Başçıları Şurasının Moskvada keçirilən iclasının iştirakçılarına videomüraciətində bildirib.
O, görüşün dəqiq tarixini açıqlamasa da, bu il baş tutacağını vurğulayıb.
Sammitin Sankt-Peterburq şəhərində keçirilməsi planlaşdırılır.