Mehmet Ali Erbildən Acun Ilıcalıya: “50 ildir televiziya ulduzuyam, nə kanalım var, nə də təyyarəm”

16:14 - 18 Dekabr 2023

Mehmet Ali Erbildən Acun Ilıcalıya: “50 ildir televiziya ulduzuyam, nə kanalım var, nə də təyyarəm”

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbilin iş adamı, "TV 8" kanalının rəhbəri, prodüser-aparıcı  Acun Ilıcalıya dediyi sözlərlə gündəmə gəlib.  

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “Bax bu çox önəmli” YouTube kanalına qoşulan Erbil “Acun məndən yarım saatlıq müsahibə almaq üçün qapımda bir saat gözləyərdi” deyib.

Son zamanlar TikTok yayımları ilə gündəmə gələn Erbil qoşulduğu YouTube kanalında “Acun məndən yarım saatlıq müsahibə almaq üçün əlində mikrofonla bir saat qapımda gözləyirdi. 3-5 ildə 2 milli kanal, 1 rəqəmsal platforma, İngiltərədə 2 futbol komandası, 2 şəxsi təyyarə, sayısını bilmədiyimiz qayıqları… 50 ildir televiziya ulduzuyam, nə kanalım var, nə də təyyarəm. İndi bunu ictimaiyyətə təqdim edirəm. Çirkli pulların yuyulmasına gəlincə, mənim 300 avrom var idi, onu Almaniyada yuyub qayıtdım” ifadələrini işlədib.

Erbilin bu sözlərinə müğənni Demet Akalın “E qumarda yemədi deyərlər adama” deyə rəy bildirib.

Erbil yenidən yayımlanacaq "Çarkıfələk” yarışmasının aparıcısı olacağı düşünülən Cem Davrana "Cem Davran bir Mehmet Ali Erbil ola bilməz" sözləri ilə istinad edib.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az