Gözəlliyi ilə dünyada məşhur olan serbiyalı həkim Vasiliye Vuyoviçin siması və səsindən “deepfake” fırıldaqçıları istifadə edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, fırıldaqçılar həkimin üzünü və səsini başqa videolara montaj edərək qadınlarla flört ediblər.
Həkim bildirib ki, ona hər həftə 30-50 nəfər romantik fırıldaq qurbanı zəng edir. Onların bir çoxu dərdlərini sosial şəbəkələrdə paylaşırlar. Təkcə Facebook və İnstaqramda onun adı ilə 150-dən çox hesab yaradılıb.
TikTok-da yüzlərlə “Dr. Vujovic” hesabı var. Fırıldaqçılar tərəfindən idarə olunan bu hesabların ən məşhurunun 230 min izləyicisi var. Yazılar və paylaşımlar saxta olsa da, 4,6 milyon dəfədən çox baxılıb.
Həkim Vuyoviç “Hər gün pulunu itirmiş və ya itirmək üzrə olan insanlardan mənə zənglər, elektron məktublar və məktublar gəlir. Müəyyən yaşda olan qadınlar, bəlkə də 50 və ya 60. Elə bilirlər ki, məni tanıyırlar və mənim də onları tanıdığımı düşünürlər. Amma yanılırlar. Mənə çatanda münasibətdə olduqları adam olmadığımı desəm də, inanmaq istəmirlər” deyib.
Əfsanə
Manşet.az