7 oktyabrdan bəri İsrailin Qəzzaya hücumları nəticəsində ölən jurnalistlərin sayı 96-ya yüksəlib.
Manset.az xəbər verir ki, məsələ ilə bağlı Qəzza hökumətinin Media Ofisindən açıqlama verilib.
Açıqlamada jurnalist Abdulla Əlvanın Qəzzanın şimalındakı Cibaliya qəsəbəsində İsrail ordusunun həyata keçirdiyi hücumlarda həyatını itirdiyi bildirilib.
Media Ofisindən əvvəlki açıqlamada İsrailin “Fələstin hekayəsini susdurmaq, faktları gizlətmək, xəbər və məlumatların regional və beynəlxalq ictimaiyyətə çatmasının qarşısını almaq üçün Qəzzada jurnalistləri qəsdən öldürdüyü” bildirilmişdi.
Jalə
Manşet.az