İsrail Fransa Xarici İşlər rəsmisini öldürdüyünü təsdiqlədi

14:24 - 19 Dekabr 2023

İsrail Fransa Xarici İşlər rəsmisini öldürdüyünü təsdiqlədi

İsrail ordusu Qəzzaya hücumlarda Fransa Xarici İşlər Nazirliyinin bir üzvünün öldürüldüyünü təsdiqləyib və vəziyyəti araşdıracaqlarını açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə İsrail ordusunun sözçüsü Daniel Haqari məlumat verib.

O, Rəfah bölgəsindəki hücumlar zamanı Fransa Xarici İşlər Nazirliyinin bir əməkdaşının öldürüldüyünü təsdiqləyib.

İsrail ordusu hücumlarının "beynəlxalq hüquqa uyğun olaraq" həyata keçirildiyini müdafiə edib.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az