“Fənərbağça” azarkeşlərinə pis xəbər! - Edin Dzeko zədələndi

14:55 - 19 Dekabr 2023

“Fənərbağça” azarkeşlərinə pis xəbər! - Edin Dzeko zədələndi

Türkiyənin “Fənərbağça” klubu ağrılar səbəbindən son məşqə qatılmayan Edin Dzekonun zədələndiyini açıqlayıb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, ona sağ ayağının arxa əzələsində dartılma diaqnozu qoyulduğu bildirilir.

Klubun rəsmi məkumatı belədir:

“Peşəkar Futbol A Komandamızın oyunçularından biri olan Edin Dzeko məşqdən sonra ağrıdan şikayətlənib. Ataşehir Acıbadem Xəstəxanasında MRT müayinəsi aparılıb.

Müayinələr nəticəsində sağ ayağının arxa əzələsində gərginlik aşkarlanan futbolçumuzun müalicə prosesinə başlanılıb”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az