İqlim dəyişikliyi səbəbindən 3,2 milyondan evini tərk edib

16:04 - 19 Dekabr 2023

İqlim dəyişikliyi səbəbindən 3,2 milyondan evini tərk edib

ABŞ-da Nature Communications jurnalında dərc edilən yeni araşdırmada "İqlim imtina əraziləri" adlanan sahələrə diqqət çəkilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, tədqiqatda 2000-2020-ci illər arasında ABŞ-da 3,2 milyondan çox insanın iqlim dəyişikliyinə görə daşqın riski səbəbindən evlərini tərk etdiyi qeyd olunub.

2020-ci il siyahıyaalınması məlumatlarına görə, 20 ildə 3,2 milyondan çox əhali birbaşa daşqınlarla əlaqəli olaraq yaşadığı ərazini dəyişmək məcburiyyətində qalıb.  

Araşdırmanın müəlliflərindən biri olan Dr. Ceremi Porter daşqın riskinin həmin ərazilərdə əmlak dəyərlərini, məskunlaşma tərkibini və kommersiya dayanıqlığını əhəmiyyətli dərəcədə dəyişdirdiyini vurğulayıb. 

Araşdırma, ABŞ-da 113 milyon insanın iqlim dəyişikliyi səbəbiylə daşqın riski ilə üzləşdiyinə diqqət çəkib və yaxın 30 ildə 2,5 milyon daha çox insanın məcburi köçkün olacağı təxmin edilir.

Əfsanə

Manşet.az

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az