Çin Universitetinin tələbələr üzərində apardığı araşdırmalara görə, sosial şəbəkələrdə vaxt keçirib heç nəyi bəyənməmək və heç nəyə reaksiya verməmək psixi sağlamlıq pozuntuları ilə əlaqələndirilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, tələbələrin psixi sağlamlığı və sosial mediadan istifadə vəziyyətinin araşdırılması zamanı sosial media platformalarından “passiv” istifadə edən insanların, “aktiv” istifadə edənlərə görə daha çox psixi pozğunluqdan əziyyət çəkdiyi müəyyən edilib.
Passiv istifadəçilərə sosial şəbəkələrə baxan, lakin heç vaxt yazıları bəyənməyən və ya şərh yazmayanlar daxildir. Aktiv istifadəçilərə isə yazı paylaşanlar və digər hesablarla qarşılıqlı əlaqədə olanlar daxildir.
Aktiv istifadəçilərin gündəlik həyatlarında daha çox sosial dəstəyin olduğu və dostluq keyfiyyətinin yüksəldiyi müşahidə edilib. Passiv istifadəçilərin gündəlik həyatlarında daha çox qısqanclıq və daha az özünə hörmət hiss etdikləri müəyyən edilib. Bu insanlar sosial narahatlıq səbəbindən tanımadığı vəziyyətlərə daha az dözürlər. Passiv istifadəçilərin özünü aşkara çıxarmaması və ünsiyyətcil qarşılıqlı əlaqəsi də onların başqaları ilə yüksək keyfiyyətli əlaqələr qurmasına və inkişaf etdirməsinə mane olur.
Əfsanə
Manşet.az