İsrail prezidenti İsaak Hersoq HƏMAS-ın əlində olan girovları xilas etmək və Fələstin bölgəsinə daha çox yardım göstərilməsini təmin etmək üçün Qəzzada yeni atəşkəsə girməyə hazır olduqlarını bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Hersoq "Məsuliyyət tamamilə (HƏMAS lideri Yəhya) Sinvar və (digər) Həmas liderlərinin üzərinə düşür" deyib.
Hersoqun bəyanatından sonra mesaj yayımlayan Həmas, “İsrailin hücumları altında girovları dəyişdirməkdən imtina edirik. Bununla belə, biz hücumları dayandırmaq üçün istənilən təşəbbüsə açığıq. Sionist təcavüzünə qəti son qoyulmayınca heç bir danışıqlar olmayacaq” deyib.
Əfsanə
Manşet.az