Rusiya Liberal Demokrat Partiyasının (LDP) sədri Leonid Slutski yanvarın 1-də Rusiya prezidentliyinə namizəd kimi qeydiyyatdan keçmək üçün sənədlərini təqdim edib.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasından bildirilib.
Həmçinin, Rusiya Kommunistləri Partiyasının lideri Sergey Malinkoviç də namizədliklə bağlı sənədlərini Rusiya Mərkəzi Seçki Komissiyasına təqdim edib.