"Ukrayna Rusiyanın düşməni deyil" - Putin

16:27 - 01 Yanvar 2024

\"Ukrayna Rusiyanın düşməni deyil\" - Putin

Ukrayna Rusiyanın düşməni deyil, düşmən Rusiya dövlətçiliyini məhv etmək istəyən Qəbdəkilərdir.

 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Vişnevski hərbi hospitalında hərbçilərlə görüşü zamanı deyib.

"Əsrlər boyu belə olub, təəssüf ki, indi də davam edir. Ukraynanın özü bizim düşmənimiz deyil. Amma Rusiya dövlətçiliyini məhv etmək istəyən, Rusiyanın döyüş meydanında strateji məğlubiyyətə uğramasına nail olmaq istəyənlər var və onlar Qərbdədirlər”.

Bununla yanaşı, Putin deyib ki, Qərbdə Rusiyaya rəğbət bəsləyənlər az deyil:

“Qərbdə də ruhən bizimlə olan insanlar var, amma elə elitalar var ki, Rusiyanın mövcudluğu onların üçün qəbuledilməzdir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az