İsrail axtarışda olan 2500-dən çox yaraqlını həbs etdi

11:42 - 02 Yanvar 2024

İsrail axtarışda olan 2500-dən çox yaraqlını həbs etdi

İsrail Müdafiə Qüvvələri HƏMAS ilə müharibə başlayandan bəri İordan çayının qərb sahilində axtarışda olan 2550-dən çox yaraqlını həbs edib.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, saxlanılanlardan təxminən 1300-ü HƏMAS-ın üzvüdür. Qeyd olunub ki, ötən gün İsrail Müdafiə Qüvvələri, İsrail Təhlükəsizlik Agentliyi və Sərhəd Polisi İordan çayının qərb sahilində axtarışda olan 10 nəfəri həbs edib və çoxlu silah-sursat müsadirə edib.

Həbslər Qüds yaxınlığındakı Katanna qəsəbəsində, Nablus şəhəri yaxınlığında yerləşən Beyt-İba kəndində və Hebron şəhəri yaxınlığındakı Bəni-Nəim qəsəbəsində aparılıb. Terrorçuların vəsaitlərinin də müsadirə edildiyi qeyd edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az