Türkiyədə 25 terrorçu həbs edildi - ŞOK PLAN

18:24 - 03 Yanvar 2024

Türkiyədə 25 terrorçu həbs edildi - ŞOK PLAN

Türkiyədə sinaqoqlara, kilsələrə, həmçinin bəzi səfirliklərə hücumlar hazırlayan İŞİD terror qruplaşmasının üzvləri həbs ediliblər.

 

Manset.az  xəbər verir ki, MİT (Türkiyə Kəşfiyyat İdarəsi) doqquz vilayətdə şübhəlilərin yaşayış yerlərinə reydlər keçirib.

Ümumilikdə hüquq-mühafizə orqanları 32 nəfəri saxlayıb, ifadələri alındıqdan sonra onlardan 25-i həbs edilib.

Dindirilmələr zamanı saxlanılanlar terror aktlarının hazırlanmasının təfərrüatı, liderlərinin adlarını, Türkiyə və Suriyada əlaqələrini açıqlayıblar.

Bundan əlavə, polis həbslərin və bu şəxslərin hücum etmək niyyətində olduqları ərazilərdə necə araşdırma apardıqlarının görüntülərini paylaşıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az