ABŞ dövlət katibi Antoni Blinken bu həftə Türkiyəyə səfər edəcək.
Manset.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
Nazir səfərin şənbə günü baş tutacağını bildirib. O, Blinkenin 6 yanvar tarixində Türkiyədə olacağını vurğulayıb.
Səfərin detalları açıqlanmayıb. Gündəmdə Qəzza və F-16 qırıcılarının Türkiyəyə verilməsi olacağı gözlənilir.