Rəisidən Kirmandakı teraktla bağlı açıqlama

22:01 - 03 Yanvar 2024

Rəisidən Kirmandakı teraktla bağlı açıqlama

Kirman şəhərində SEPAH generalı Qasım Süleymaninin ölümünün ildönümü ilə əlaqədar matəm yürüşləri zamanı baş verən terror aktının təşkilatçıları və icraçıları İranın təhlükəsizlik qüvvələri və hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilərək, öz cinayətlərinə uyğun cəzalandırılacaqlar.

 

Manset.az  axar.az-a istinadən xəbər verir ki, bu sözləri İran Prezidenti İbrahim Rəisi deyib.

O, Kirmanda "antiiran cinayətkarları"nın "terror cinayəti"ni pisləyib və yerli hakimiyyət orqanlarını zərərçəkənlərə kömək etmək üçün lazımi tədbirlər görməyə çağırıb.

Qeyd edək ki, bu gün İranın Kirman şəhərində general Qasım Süleymaninin anım mərasimi zamanı ard-arda iki partlayış baş verib. Partlayışlar nəticəsində ölənlərin sayı 103, yaralananların sayı isə 211-ə çatıb. Terror aktı ilə əlaqədar sabah ölkədə matəm elan edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az