ABŞ-da məsciddə atışma zamanı yaralanan imam öldü

08:59 - 04 Yanvar 2024

ABŞ-da məsciddə atışma zamanı yaralanan imam öldü

ABŞ-ın Nyu-Cersi ştatının Nyuark şəhərində məscid qarşısında atışma nəticəsində yaralanan İmam Həsən Şərif dünyasını dəyişib.

 

Manset.az xəbər verir ki, bu barədə ABC televiziyası məlumat yayıb.

ABC telekanalı bundan əvvəl imamın (namaz rəhbəri və ruhani - red.) çoxsaylı güllə yaraları ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyini bildirmişdi. Nyuarkın İctimai Təhlükəsizlik Xidmətinin direktorunun sözlərinə görə, məsciddə atışma yerli vaxtla saat 6:15 (Bakı vaxtı ilə saat 15:15) radələrində baş verib.

ABC-nin hüquq-mühafizə orqanlarındakı mənbəyinin sözlərinə görə, polis hücumçunun şəxsiyyətini müəyyən etmək üçün videomüşahidə görüntülərini nəzərdən keçirir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az