Türkiyənin məşhur rejissoru Sadullah Celen 64 yaşında vəfat etdi.
Manset.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, rejissor beynindəki laxtalanma səbəbindən dünyasını dəyişib.
Sadullah Celen "Zuğurt Ağa", "Şehnaz Tanqo", "Yedi numara", "Günəşin qızları", "Gözəl ailəm" kimi bir çox film və serialların rejissoru olub.
