Türkiyəli məşhur müğənni Serdar Ortaç TRT 1-də yayımlanan “Alişan ile Hayata Gülümsə” verilişinin qonağı olub.
Manset.az Publika.az-a istinadən xəbər verir ki, 53 yaşlı sənətçi ona ünvanlanan suallara verdiyi cavablarla yenidən gündəmə gəlib.
Müğənni “Səni ən çox kədərləndirən nədir?" sualına belə cavab verib:
"Ölümlər və qumar oynamaq məni məhv etdi. 35 ildir ki, oynayıram. Çox pul itirdim. Bir qazanırsansa, iki itirirsən. İtirdiklərini geri qazanmaq üçün illərin gedir. İnsan ancaq öz peşəsindən qazanmalıdır".