Cənubi Koreya hərbçiləri Sarı dənizdəki adalarda təlimlər zamanı 400-ə yaxın mərmi atıblar ki, bu da Şimali Koreyanın demarkasiya xəttinin şimalındakı suları atəşə tutduğu saydan iki dəfə çoxdur.
Manset.az xəbər verir ki, Cənubi Koreya tərəfi Seulun faktiki dəniz sərhədi hesab etdiyi şimal demarkasiya xəttinin cənubundakı sularda şərti hədəfləri vurub.
Bildirilib ki, Cənubi Koreya hərbçiləri təlimlərə başlamazdan əvvəl Yonphyondo adasında əhali təxliyə edilib. Sakinlərdən sığınacaqlara getmələri istənilib.