İbrahim Tatlısəs oğlunu məhkəməyə verdi

12:04 - 06 Yanvar 2024

İbrahim Tatlısəs oğlunu məhkəməyə verdi

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs oğlu Əhməd Tatlısəsi məhkəməyə verib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, buna səbəb Əhmədin “Tatlıses” brendindən icazəsiz istifadə etməsi olub.

Belə ki, İbrahim Tatlısəsin oğlu Əhməd “Tatlıses Kebap” adlı məkan açıb.

Sənətçi məhkəməyə müraciətində oğlunun istehlakçını yanıltdığını və haqsız rəqabət təmin etməyə çalışdığını iddia edib.

Qeyd edək ki, İbrahim Tatlısəs daha əvvəl də oğlunun onu təhdid etdiyini iddia edərək Əhməd Talısəsdən şikayətçi olmuşdu. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az